Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 300-dən çox insanın yaralandığı bildirilir.
QÜTB.AZ xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
***
Livanda rabitə cihazları növbəti dəfə partlayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb. Jurnalistlər bildirirlər ki, Beyrutda da partlayışlar meydana gəlib. Bu dəfə mobil telefonlar və avtomobil radioları kimi cihazlar partlayır.
İlkin məlumata görə, partlayışlar nəticəsində azı 100 nəfər xəsarət alıb. 3nəfərin öldüyü bildirilir.
Xatırladaq ki, dünən "Hizbullah" üzvlərinin rabitə qurğularının partladılması nəticəsində 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.
"Hizbullah" bu partlayışlara görə İsraili ittiham edir.