22.12.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

İsrail zərbə endirdi

21 dek 2025 21:01
DÜNYA
ads

İsrail ordusu Qəzza zolağında atəşkəs xəttini keçməyə cəhd edən silahlı şəxslərə qarşı hava zərbələri endirildiyini açıqlayıb.

Qutb.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr anklavın şimal hissəsində yerləşən və “sarı xətt” adlandırılan atəşkəs xəttini keçən bir neçə şəxsə qarşı həyata keçirilib.

Açıqlamada qeyd olunur ki, üç ayrı insident zamanı sözügedən şəxslər Qəzza diviziyasının tərkibində fəaliyyət göstərən Qüds və Şimal briqadalarının mövqelərinə yaxınlaşıb. İsrail tərəfi bunu təhlükə kimi qiymətləndirərək hava hücumları ilə cavab verib.

Fələstinin Qüds media şəbəkəsi HƏMAS hərəkatı ilə əlaqəli mənbələrə istinadən xəbər verib ki, Qəzza şəhərinin şimalında yerləşən Tufa rayonunda atəş nəticəsində dörd nəfər yaralanıb. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
165 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur