31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

İran müxalifətinin keçmiş lideri ölkəsinin regional siyasətini tənqid edib

10 avq 2022 08:20
DÜNYA
ads

İranın keçmiş baş naziri Mirhüseyn Musəvi ölkənin regiondakı siyasətini “ən biabırçı cinayətlər” adlandırıb.

 O , bu barədə “Kelme ”adlı saytında yaydığı məqaləsində bildirib.

Məlumata görə, Mirhüseyn Musəvi İranın regiondakı siyasətini tənqid edib: “Hökumətimizin ən böyük günahı həqiqətə göz yummaqdır. Ən utancverci cinayətlərə şərəfli ad verilir. Möminin qəlbini zalımlara qarşı ən az meyildən qorumaq mənasına gələn ziyarətgahın müdafiəsi uşaq öldürən rejimin əsaslarını möhkəmlətmək üçün yad diyarlarda qan tökülməsinə aiddir.

İran İnqilab Keşikçiləri Qvardiyasının, SEPAH-ın Qüds Qüvvələrinin Suriyada öldürülən yüksək rütbəli komandirlərindən biri, briqada generalı Hüseyn Həmədaninin “ölkə gənclərini şikəst etmək üçün əxlaqsız quldurlar dəstəsində (iranlı gənclərin SEPAH-a cəlb edilməsini nəzərdə tutur - red.) işə götürülməsi” ideyasını bir daha tənqid edərək bildirib: “O şərəfsiz generalın canı bir tirana qərib ölkədə qurban getdi”.

İranın Yaşıllar Hərəkatının lideri sonda vurğulayıb: “Bu hərəkətlərin İran və region üçün yaratdığı bəlaların hamısı bir böyük səhvdən qaynaqlanır. Bu da xalqın iradəsini əsl mənada gözardı etməkdir. İnsanlar azad olmağa, özləri üçün seçim etməyə acdırlar. Onların bu seçimi mütləq bəşəriyyətin, milli maraqların və xalqın suverenliyinin xeyrinə olacaq”.

Qeyd edək ki, Mirhüseyn Musəvi Xamene 1942-ci il martın 2-də Şərqi Azərbaycan əyalətinin Xamənə şəhərində anadan olub. 1981-1989-cu illər arasında İranın 79-cu, sonuncu baş naziri olub. O, hakimiyyətdaxili islahatçı xəttin aparıcı nümayəndələrindəndir. Sonrakı 20 il ərzində tam siyasi fəaliyyətlə məşğul olmayıb. Mədəniyyət İnqilabı Ali Şurasının hələ də üzvdür. 2009-cu ildə İranda keçirilən prezident seçkisində islahatçıların (“Yaşıllar” hərəkatının) vahid namizədi olub. Hazırda ev dustağıdır.



Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur