Səudiyyə Ərəbistanında keçirilən ənənəvi “Kral Əbdüləziz Dəvə Festivalı” bu il gözlənilməz qalmaqala səbəb olub.
QÜTB.AZ xəbər verir ki, festival çərçivəsində keçirilən dəvə gözəlliyi yarışmasında 40 dəvə botoks və digər kosmetik müdaxilələr aldıqları səbəbi ilə yarışdan kənarlaşdırılıb.
Səlahiyyətlilər bu müdaxilələrin yarışmanın etik qaydalarına zidd olduğunu bildirib və sərt tədbirlər görüblər.
Festival rəsmiləri bu cür müdaxilələrin heyvanlara zərər verdiyini vurğulayaraq, etik dəyərləri qoruyacaqlarına söz veriblər.
“Dəvə gözəllik müsabiqələri bu heyvanların təbii gözəlliyini önə çıxarmaq üçün keçirilir. Süni müdaxilələr həm qaydaların pozulmasıdır, həm də heyvanlara zərər verir", - deyə qeyd edilib.
Roza