Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə amerikalı həmkarı Entoni Blinkenlə telefon danışığı aparıb.
Qutb.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı Rusiyadakı hadisələr və regional məsələlər müzakirə olunub.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronij şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.