“Mançester Yunayted”in iki azarkeşi saxlanılıb.
Publika.az xəbər verir ki, buna fanatların ölkə kubokunun 1/4 finalında “Liverpul”la matçda təhqiramiz şüarlar səsləndirməsi səbəb olub. Tərəfdarlar 1989-cu ildə Mersisayd təmsilçisi ilə “Nottingem Forest” arasında keçirilmiş oyundan əvvəl baş vermiş faciəni ələ salıblar. Bu barədə ESPN məlumat yayıb.
Xatırladaq ki, həmin vaxt izdiham səbəbindən 97 azarkeş ölüb, yüzlərlə insan yaralanıb.
“Qırmızı şeytanlar” rəqibini 4:3 hesabı ilə məğlub edib. Komanda aprelin 20-də yarımfinalda “Koventri Siti” ilə üz-üzə gələcək.
Heybət