25.09.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Trampın mindiyi eskalatoru kim dayandırıb?

25 sen 2025 02:00
DÜNYA
ads

BMT Trampın Baş Assambleyada iştirak etdiyi gün eskalatorun qəfil dayanmasının səbəbini açıqlayıb.

Qutb.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Düjarrik hadisənin səbəbinin təhlükəsizlik mexanizminin işə düşməsi olduğunu bildirib.

O qeyd edib ki, Trampın videomüxbiri eskalatorla geriyə hərəkət edərək çəkiliş apararkən üst hissədəki təhlükəsizlik mexanizminə toxunub və nəticədə eskalator avtomatik dayanıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp həmin gün çıxışında hadisəni zarafatla qarşılayaraq deyib: “BMT mənə iki şey verdi - xarab teleprompter və xarab eskalator.” Bu ifadə zalda gülüş doğurub.

Tramp və həyat yoldaşı Melaniya Trampın BMT qərargahına gəlişi zamanı baş verən bu hadisə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur