04.11.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

Tramp-Putin görüşü üçün yeni məkan təklif olundu

04 noy 2025 11:00
DÜNYA
ads
Advertisement

Finlandiya Prezidenti Aleksandr Stubb noyabrın sonunda Yohannesburqda Vladimir Putin və Donald Tramp arasında görüş keçiriliməsini təklif edib.
Qutb.az xarici KİV-ə istinadən xəbər verir ki, Aleksandr Stubb 21-22 noyabr tarixlərində Cənubi Afrikada keçiriləcək G20 sammitində danışıqların aparılmasını münasib hesab edib.

Cənubi Afrika hələlik prezidentlər Putin və Tramp arasında Yohannesburqda görüşün mümkünlüyü barədə şərh verməyib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin G20 sammitində iştirak etməyəcəyini, lakin Rusiyanın lazımi səviyyədə təmsil olunacağını açıqlamışdı.

16 oktyabrda telefon danışığından sonra Vladimir Putin və Donald Tramp növbəti iki həftə ərzində görüşməyə hazır olduqlarını açıqladılar. Macarıstanın paytaxtı ikitərəfli sammitin keçiriləcəyi yer seçildi. Bir neçə gün sonra Tramp Amerika tərəfinin "arzu olunan məqsədlərə" çatmaq ehtimalına şübhə etdiyi üçün danışıqların ləğv olunduğunu elan etdi. Rusiyada isə danışıqların ləğv edilmədiyinə, yalnız müəyyən müddətə təxirə salındığına inanırlar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur