24.02.25 | Bakı 0.03° C |
10:06:25
Lent :

Tramp 350 demişdi, Zelenski 100 deyir

24 fev 2025 03:00
DÜNYA
ads
Advertisement

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ştatlarla borcun on nəsil ukraynalılar tərəfindən ödəniləcəyi barədə müqavilə imzalamayacaq. Ona görə də ABŞ lideri Donald Trampla dialoq lazımdır.

 

“Əgər bu gün ABŞ deyirsə, biz sizə yardım edəcəyik, ancaq siz bunu ABŞ üçün qazancla qaytarmalısınız - bu, razılaşmadır. Bu müqavilə qrant deyil. Bu, yeni razılaşmadır. Mən də dedim ki, belə bir dialoqa hazıram”.

 

Qutb.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümünə dair mətbuat konfransında söyləyib.

 

Prezident belə bir dialoqun müsbət olacağına əminliyini ifadə edib.

 

Zelenski, həmçinin Ukraynanın ABŞ-dan 100 milyard dollar həcmində yardım aldığını açıqlayıb. Eyni zamanda, rəsmi Kiyev qrantları Vaşinqtona qaytarılmalı olan borclar kimi tanımağı planlaşdırmır.

 

Qeyd edək ki, bir müddət öncə Prezident Donald Tramp müharibə dönəmində ABŞ-ın Ukraynaya 350 milyard dollar həcmində yardım etdiyini açıqlamışdı.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
0.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur