02.06.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Təyyarə yaşayış binasına çırpıldı

31 may 2025 21:00
DÜNYA
ads

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Korşenbroyx şəhərində təyyarə qəzası baş verib.

 

Qutb.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Mönxenqladbax şəhərinə enməsi nəzərdə tutulan təyyarə qəzaya uğradıqdan sonra bir evin üzərinə düşüb. Hadisə nəticəsində iki nəfər həlak olub. Ölənlərdən birinin 71 yaşlı qadın pilot olduğu bildirilir. O, uçuş zamanı mühərrikdə nasazlıq barədə əvvəlcədən xəbər versə də, qəzanın qarşısını ala bilməyib.

 

Hadisə nəticəsində evdə böyük dağıntılar baş verib. Ev sahibi təyyarəni görərək qaçmağa müvəffəq olsa da, hadisə yerində bir qadın həyatını itirib.

 

Hazırda qəzanın səbəbləri araşdırılır. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım xidmətinin əməkdaşları cəlb olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur