21.09.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

SEPAH-dan İsrail və ABŞ-yə XƏBƏRDARLIQ

21 sen 2025 13:00
DÜNYA
ads
Advertisement

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail və ABŞ-yə İrana qarşı hər hansı yeni təcavüz həyata keçirəcəkləri halda, "qətiyyətli, əzici və peşmanlıq gətirən" cavab verəcəkləri barədə xəbərdarlıq edib.

 

Qutb.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında qeyd olunub.

 

Bildirilib ki, İsraillə 12 günlük toqquşma müdafiə qüvvələrinin "yüksək döyüş hazırlığını" sübut edib.

 

"Silahlı Qüvvələrin müxtəlif sahələrdə gücləndirilməsi prosesi davam etdiriləcək və düşmənin (İsrail və ABŞ nəzərdə tutulur - red.) hər hansı yeni səhvi və ya təcavüzü baş verərsə, İran İslam Respublikası ona daha öldürücü və ibrətamiz cavab verəcək", - bəyanatda vurğulanıb.

 

Xatırladaq ki, cari ilin 13 iyun tarixində İsrail İranın müxtlif strateji obyektlərinə zərbələr endirib, rəsmi Tehran isə buna cavab verib. İki ölkə arasındakı gərginlik 12 gün davam edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
156 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur