06.12.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Netanyahu istefa verəcək?

01 dek 2025 01:00
DÜNYA
ads

İsrail mediasında baş nazir Benyamin Netanyahunun mümkün istefası ilə bağlı yeni və mübahisəli iddialar yayılıb.

Qutb.az xəbər verir ki, “Kan-11” telekanalının məlumatına görə, prezident İsxak Hersoq baş nazirin amnistiya müraciətini nəzərdən keçirməyə hazırdır, lakin bu addımı yalnız müəyyən şərtlərlə atmağa niyyətlidir.

İddialara görə, Netanyahunun qarşısına iki əsas tələb qoyula bilər: birincisi, onun baş nazir postundan istefa verməsi, lakin gələcək seçkilərdə yenidən bu vəzifəyə qayıtmaq imkanının saxlanılmasıdır. İkncisi isə ölkədə uzun müddət siyasi gərginlik yaradan hüquqi islahatların davam etdirilməsindən imtina etməsi təklifidir..

Prezident administrasiyası yayılan məlumatları təkzib edərek Hersoqun hələ heç bir qərar vermədiyini, bunun üçün mütəxəssislərlə geniş məsləhətləşmələr aparacağını açıqlayıb.

Mövzu ilə bağlı oxşar iddia “Kəşet-12” telekanalı tərəfindən də səsləndirilib. Kanalın xəbərinə əsasən, prezident amnistiyanı heç bir şərt olmadan verməyə hazırlaşmır və Netanyahunun vəzifə müddətinin məhdudlaşdırılması, yaxud əlavə siyasi öhdəliklərin qoyulması ehtimalı müzakirə olunur.

Baş verənlərin fonunda Təl-Əvivdə prezidentin evinin qarşısında etiraz aksiyası keçirilib. Təxminən 200 nəfərlik qrup Hersoqdan Netanyahunun əfv müraciətini rədd etməyi tələb edib. Polis aksiyanı qanunsuz elan edərək nümayişçiləri ərazidən uzaqlaşdırmağa çalışıb. Hadisə yerində gərginlik yaşandığı bildirilir.

Netanyahunun istefa verib-verməyəcəyi hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur