16.06.25 | Bakı 20.03° C |
10:06:25
Lent :

İranı Azərbaycan vasitəsilə tərk edin! - ABŞ çağırış etdi 

16 iyn 2025 05:00
DÜNYA
ads

ABŞ-ın İrandakı virtual səfirliyi öz vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Qutb.az xəbər verir ki, bu barədə virtual nümayəndəliyin veb-saytında bildiriş dərc edilib.

“ABŞ vətəndaşları heç bir səbəbdən İrana səfər etməməli və əgər oradadırlarsa, dərhal İranı tərk etməlidirlər. İranı tərk edə bilməyən ABŞ vətəndaşları uzun müddət ərzində sığınacaqda qalmağa hazır olmalıdırlar”, – bildirişdə qeyd olunub.

Xatırladılıb ki, Vaşinqtonun Tehranla diplomatik və ya konsulluq əlaqələri yoxdur, ABŞ-ın maraqlarını qoruyan tərəf kimi isə İsveçrə çıxış edir.

Səfirlik vətəndaşlarına İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədindən keçərək tərk etməyi təklif edib

“Azərbaycanın quru sərhədləri bağlı qalır, lakin ABŞ vətəndaşları xüsusi icazə ilə 15 iyun tarixində Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil ola bilərlər”, – virtual nümayəndəlik bildirib.

Qeyd olunub ki, amerikalılar Astara sərhəd-keçid məntəqəsinə yollanmazdan əvvəl Azərbaycan hökumətindən icazə almalıdırlar. “ABŞ-ın Bakıdakı səfirliyi bunu təşkil etməlidir”, – bildirişdə vurğulanıb.

Nümayəndəlik bildirib ki, Azərbaycana keçmək istəyən vətəndaşları ABŞ-ın Bakıdakı səfirliyi ilə əlaqə saxlamalıdırlar.

Xatırladaq ki, xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur