25.09.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Ermənistanda səs-küylü cinayət: Vardanyanın partiyasında olan müxalifətçini kim öldürüb?

24 sen 2025 20:00
DÜNYA
ads

Ermənistanın Armavir vilayətində yerləşən Parakar icmasının rəhbəri Volo­diya Qriqoryan silahlı hücum nəticəsində öldürülüb.

Hadisə ötən gecə baş verib və Ermənistan böyük rezonans doğurub. Qriqoryanla birlikdə Abarat vilayətinin kriminal polis idarəsinin zabiti Karen Abramyan da qətlə yetirilib. Daha bir nəfər isə yaralanıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib ki, polisə hadisə barədə məlumat saat 23:50-də daxil olub. Dərhal əməliyyat qrupu əraziyə göndərilib. Hazırda 100-dən çox polis əməkdaşı istintaq tədbirlərinə cəlb olunub. Onların sözlərinə görə, maskalı və əlcəkli şəxs küçədə dayanan üç nəfərə yaxınlaşaraq atəş açıb.

Qutb.az-ın məlumatına görə, Volo­diya Qriqoryan mart ayında keçirilən bələdiyyə seçkilərində hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədini məğlub edərək Parakarın icma rəhbəri seçilib.

O, hazırda Bakıda mühakimə olunan erməni əsilli oliqarx Ruben Vardanyanın sponorluğu ilə yaradılan “Yaşamaq üçün ölkə” partiyasını təmsil edirdi. Qriqoryanın seçkidə qalib gəlməsi digərpartiyaların dəstəyi ilə mümkün olmuşdu.

Hadisə ilə bağlı hələlik konkret versiya irəli sürülməyib. Ermənistan mediasında bunun kriminal “hesablaşma” və ya siyasi motivli sui-qəsd ola biləcəyi ehtimalları müzakirə olunur.

Baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində hücumu qətiyyətlə pisləyib: “Hüquq-mühafizə orqanları qısa zamanda cinayətdə əli olan hər kəsi müəyyən etməlidir. Eyni zamanda, Parakarda baş verən zorakılıq hadisələrinin qarşısını almaq üçün hansı preventiv addımların atılmalı olduğu araşdırılacaq və nəticələrdən zəruri nəticələr çıxarılacaq”.

Son illər Ermənistanda kriminal qruplar arasında silahlı toqquşmalar tez-tez baş verir. Qriqoryanın öldürülməsi isə Ermənistanda siyasi sabitliyi sarsıda biləcək hadisə kimi qiymətləndirilir.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur