Dövlət terrorla mübarizədə bir çox üsullardan istifadə edib. Hazırda bütün təhlükəsizlik qüvvələri vəzifə başındadır, lakin mövcud şərait terror təşkilatının silahı yerə qoyacağı mühit yaradıb.
Qutb.az-ın məlumatına görə, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik NTV-yə açıqlamasında deyib.
O qeyd edib ki, PKK-nın silahı yerə qoyması prosesi gözlənildiyi kimi gedir: "Bunun bir neçə gün ərzində baş verəcəyini gözləyirik. Bu o deməkdir ki, proses artıq fiziki olaraq başlayıb. İraqa üstünlük verilib. İraqdakı tərksilah prosesi Suriyadakından fərqli olacaq.
Biz qətiyyən üçüncü tərəfin müdaxiləsini istəmirik. Bu, Türkiyə Cümhuriyyətinin layihəsidir. Terrorsuz Türkiyə bölgədəki bütün etnik qruplar üçün ilham mənbəyi olacaq.
Silahsızlaşdırma prosesi 3-5 ay ərzində tamamlanmalıdır. 3-5 aydan çox çəksə, təxribatlara qarşı həssas olacaq”
Çelik, həmçinin qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü səhər tarixi bir çıxış edəcək.