09.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Düşməni qorxuya salan yeni raketimiz - FOTO

09 noy 2025 06:00
DÜNYA
ads

Bakıda 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbənin beşinci ildönümünə həsr olunmuş Zəfər Paradı zamanı Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən “Predator Hawk” əməliyyat-taktiki raketləri ilk dəfə ictimaiyyətə təqdim olunub.

Qutb.az xəbər verir ki, raketin silahlanmaya qəbul edilməsi daha əvvəl açıqlanmayıb.

İsrailin “Elbit Systems” şirkəti tərəfindən istehsal olunan "Predator Hawk" raketləri 50–300 kilometr məsafədəki hədəfləri dəqiqliklə vurmaq üçün nəzərdə tutulub. Raketin hədəfdən yayınma ehtimalı 10 metrdən azdır, bu da onu yüksək dəqiqlikli zərbə vasitəsinə çevirir.

Sistem 140 kq-lıq döyüş başlığı ilə təchiz olunub və komanda mərkəzləri, rabitə qovşaqları, logistika obyektləri, körpülər, qərargahlar, radioelektron mübarizə və radiolokasiya stansiyaları kimi strateji hədəfləri məhv edə bilir.

Raket səssürətli (supersonik) texnologiya ilə işləyir və 300 km məsafəni təxminən 8 dəqiqəyə qət edə bilir. Bu göstərici onu hava hücum vasitələri səviyyəsində dəqiqlik və sürətlə təmin edir.

Qeyd edək ki, Azərbaycan artıq 10 ildən çoxdur ki, “Elbit Systems” şirkətinin müştərisidir. Təxminən 10 il əvvəl ölkəmiz şirkətdən EXTRA tipli 200 km məsafəli raketlər almışdı.

Sonradan LORA (400 km məsafəli) raketləri də ordunun arsenalına daxil edilmişdi.

Hər iki sistem 44 günlük Vətən müharibəsində uğurla tətbiq olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur