11.10.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Bəşər Əsədin nə iş gördüyü açıqlandı - Moskvada 20 mənzili var

11 okt 2025 15:00
DÜNYA
ads
Advertisement

Suriyanın devrilmiş keçmiş prezidenti, ölkəni tərk etdikdən sonra Rusiyada sığınacaq alan Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvada yaşayır və saatlarla onlayn oyunlar oynayır.

Qutb.az xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” qəzeti Əsəd ailəsinin ən yaxın çevrəsindən olan mənbəyə istinadən yazıb.

Amma nəşr yazıb ki, bu məlumatı yoxlamaq mümkün deyil.

“Zeit” həmsöhbətinin dediyinə görə, Əsədin altında ticarət mərkəzi olan elit çoxmərtəbəli binada üç mənzili var və o həmin mənzillərdə yaşayır.

Bundan başqa, keçmiş prezident tez-tez Moskva yaxınlığındakı bağ evində qalır. Onun evini özəl mühafizə şirkəti qoruyur.

İddialara görə, Əsəd ailəsinin Moskva şəhərində təxminən 20 mənzili var.

2024-cü ilin dekabrında silahlı müxalifət Dəməşqə daxil olub, bundan sonra Bəşər Əsəd istefa verib və ölkəni tərk edib. Rejimin devrilməsində əsas rol oynamış “Həyat Təhrir əl-Şam” qrupuna rəhbərlik edən Əhməd əl-Şaraa Suriyada müvəqqəti prezident təyin edilib.

Əsəd ailəsi ilə birlikdə Rusiyadan sığınacaq alıb. Moskva Suriyanın yeni hakimiyyət orqanları ilə diplomatik əlaqələri davam etdirir. Rusiya Xarici İşlər Nazirliyi Əsədin Rusiyada olduğunu və təhlükəsiz yaşadığını təsdiqləyib.

“Reuters” agentlyi Bəşər Əsədin Suriyadan qaçmazdan əvvəl 500 min dollar götürə bildiyini yazıb.

“The Financial Times” hələ 2019-cu ildə Əsəd ailəsinin Moskva şəhərində daşınmaz əmlak aldığını yazmışdı. Nəşrin məlumatına görə, 2013-2019-cu illərdə Əsədin qohumları - əmisi Məhəmməd Maxloufun ailə üzvləri Moskvada 40 milyon dollar dəyərində daşınmaz əmlak alıblar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyada “azad bazar” var və Kreml Əsədin qohumlarının mənzil almasından xəbər tutmağa borclu deyil. O, həmçinin əlavə edib ki, xarici vətəndaşların paytaxtda daşınmaz əmlak alması geniş yayılmış təcrübədir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur