17.11.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

ABŞ ordusu Venesuelaya girir?

17 noy 2025 02:00
DÜNYA
ads

ABŞ Silahlı Qüvvələrinin yüksək rütbəli rəsmiləri Venesuelaya hərbi müdaxilə ilə bağlı ciddi mesajlar veriblər.

Qutb.az-ın məlumatına görə, ABŞ-ın Quru Qoşunları naziri Daniel Driskoll CBS kanalına müsahibəsində bildirib ki, prezident Donald Tramp və müdafiə naziri Pit Hegsettin əmri olacağı təqdirdə Amerika ordusunun bölmələri Venesuelada yerləşdirilə bilər.

Jurnalistin “Venesuela ordusu ABŞ üçün təhlükə yaradırmı?” sualına cavab verən Driskoll qeyd edib: “Onlar regionda çoxlu hərbi təlimlər keçirirlər. Lazım gəlsə, hazır olacağıq”.

O, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Latın Amerikası sahillərində narkokartellərə qarşı əməliyyatlar apardığını xatırladan aparıcının sualına cavab olaraq bildirib ki, Quru Qoşunlarına bununla bağlı xüsusi əmrin verilib-verilmədiyi açıqlanmır, lakin “tələb olunduğu anda əməliyyatlara qoşulmağa hazırdırlar”.

Gecə saatlarında ABŞ Hərbi Dəniz Qüvvələri daha bir kritik məlumat yayıb. Dünyanın ən böyük aviadaşıyıcısı olan "USS Gerald R. Ford"un rəhbərlik etdiyi aviazərbə qrupu Karib dənizinə daxil olub.

Aviazərbə qrupunda 4 mindən çox hərbçi var.  Onlarla döyüş təyyarəsi və helikopterlər bölgəyə göndərilib;

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur