11.07.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

Vaşinqtondan Əliyev-Paşinyan görüşünə REAKSİYA

11 iyl 2025 02:00
DÜNYA
ads

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.

 

Qutb.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Əbu-Dabidə keçirilən görüşlə bağlı sualı cavablandırarkən deyib.

 

"Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda xəbər verəcək əlavə məlumatımız yoxdur", - o deyib.

 

T.Bryus ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib:

 

"Bildiyiniz kimi, Prezident (Donald-red) Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi", - o, fikirlərini yekunlaşdırıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur