19.11.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Ukrayna Rusiyaya ABŞ istehsalı olan 4 raket atdı

19 noy 2025 10:00
DÜNYA
ads

Ukrayna Silahlı Qüvvələri Voronej vilayətinə 4 ədəd uzaqmənzilli ATACMS raketi ilə zərbə endirib.

Qutb.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, bu il yanvar ayından bəri ilk dəfə olaraq Ukrayna ordusu Voronej vilayətinə raket hücumu həyata keçirib – dünən bölgəyə ABŞ istehsalı olan 4 ədəd uzaqmənzilli ATACMS raketi buraxılıb.

Rusiya tərəfi bütün hədəfləri vurmağa müvəffəq olub.

Hücum nəticəsində xəsarət alan olmayıb. Lakin məhv edilmiş raketlərin düşən qalıqları Voronej vilayət Gerontologiya Mərkəzinin, uşaq evinin və bir fərdi yaşayış evinin damlarına ziyan vurub.

Rusiya hərbçiləri kəşfiyyat apararaq raketlərin buraxıldığı rayonun Xarkov vilayətində yerləşdiyini müəyyən edib buraxılış nöqtələrinə cavab zərbələri endiriblər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur