08.12.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Türklər kimi özlərinə dost hesab edir? – Azərbaycan BİRİNCİDİR

08 dek 2025 03:00
DÜNYA
ads

“Europoll” şirkəti 1–5 noyabr 2025 tarixlərində Türkiyənin beynəlxalq müttəfiqləri barədə əhali arasında sorğu keçirib.

Respondentlərə 20 ölkənin adı tək-tək oxunub və “Bu ölkəni Türkiyənin dostu olaraq görürsünüzmü?” sualı ünvanlanıb.

Qutb.az xəbər verir ki, sorğunun nəticələri Türkiyə cəmiyyətinin ən çox etibar etdiyi ölkənin məhz Azərbaycan olduğunu bir daha təsdiqləyib.

Sorğuda iştirak edənlərin 94,2%-i Azərbaycanı Türkiyənin ən yaxın dostu kimi qiymətləndirib.

3160 respondent arasında keçirilən sorğuda Azərbaycanı üç ölkə izləyir:

Cənubi Koreya – 90,0%

Yaponiya – 89,4%

İtaliya – 70,7%

Bu ölkələr uzun illərdir Türkiyə cəmiyyətində müsbət imic qazanmış dövlətlər kimi tanınır.

Daha sonra siyahıda yer alan ölkələr:

Rusiya – 62,1%

Çin – 57,4%

Ukrayna – 55,2%

Almaniya – 51,9%

İran – 47,3%

Niderland – 35,8%

Hindistan – 35,5%

Misir – 23,1%

Suriya – 21,6%

Yunanıstan – 19,8%

Səudiyyə Ərəbistanı – 19,6%

ABŞ – 17,2%

Böyük Britaniya – 11,4%

Fransa – 9,6%

İsrail – 8,2%

Ermənistan – 3,3%

Araşdırma 26 bölgədə, ümumilikdə 3160 nəfərlə telefon müsahibəsi (CATI) üsulu ilə aparılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur