ABŞ Prezidenti Donald Trampın qızı Tiffani Tramp və həyat yoldaşı Maykl Bulos yay tətilini Fransa Rivyerasında keçiriblər.
Qutb.az-ın məlumatına görə, “The New York Times” yazır ki, cütlük dəyəri həftədə 1,4 milyon dollardan artıq olan “Phoenix 2” superyaxtasında istirahət edib.
Lüks yaxta türkiyəli milyarder Ercümənt Bayegan və həyat yoldaşı Ruyə Bayegana məxsusdur. Mətbuatda yaxtanın icarə haqqını Bulos ailəsinin ödəyib-ödəmədiyi açıqlanmasa da, bu səfər sosial mediada və ABŞ mediasında böyük müzakirələrə səbəb olub.
Maykl Bulos məşhur iş adamı və Tramp administrasiyasının Afrika üzrə xüsusi elçisi Massad Bulosun oğludur. Massad Bulos 2024-cü il seçkilərində ABŞ-dakı ərəb diasporasının Trampa dəstəyini səfərbər edən əsas fiqurlardan biri olub. Trampın yenidən Ağ Evə qayıdışından sonra o, əvvəlcə Yaxın Şərq üzrə baş müşavir, daha sonra isə Afrika üzrə xüsusi elçi təyin edilib.
Qəzet yazır ki, Maddad Bulos Qətərdə Liviya rəsmiləri ilə qapalı görüş keçirib və Tramp administrasiyasının Liviya inqilabından sonra dondurulan milyardlarla dolları aktivləşdirməyu planlaşdırdığını bildirib. Bu vəsaitin bir hissəsi Amerika şirkətlərinin Liviya enerji və infrastruktur layihələrinə yönəldilməlidir.
Bu qalmaqal Tramp ailəsinin bahalı dəniz səyahətləri ilə bağlı ilk hal deyil. Avqustda Trampın digər kürəkəni Cared Kuşner, 2,5 milyon dollarlıq superyaxta icarəyə götürməsi ilə gündəmə gəlmişdi.