18.08.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Putinin Ukraynadan əsas tələbləri - Siyahı YAYILDI

17 avq 2025 12:00
DÜNYA
ads
Advertisement

Cümə günü Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra Moskvanın təklifi ilə bağlı yeni detallar üzə çıxıb.

 

Qutb.az-ın məlumatına görə, Putin Ukraynada müharibəni dayandırmaq üçün bir sıra şərtlər irəli sürüb.

 

Sözügedən şərtlər “ərazi qarşılığında sülh” modelinə əsaslanır və Ukraynanın dövlətçiliyi üçün ciddi güzəştlər nəzərdə tutur.

 

Məlumata görə, Putin yalnız bütün paket üzrə razılaşma əldə olunacağı halda atəşkəsə razılıq verəcəyini bildirib. Yəni Rusiya hərbi əməliyyatları dayandırmaq üçün əvvəlcədən deyil, yalnız yekun siyasi razılıqdan sonra addım atmağı planlaşdırır. Bu isə Kiyevin gündəlik raket və dron hücumları altında qalmasının davam edəcəyi anlamına gəlir.

 

Ukrayna prezidenti Volodimir Zelenski artıq bəyan edib ki, Donetsk və Luqansk kimi əsas bölgələrdən geri çəkilmək mümkün deyil. Tramp isə "Fox News"a müsahibəsində “daha çox razılıq əldə olunduğunu, amma yekun qərarın Ukraynaya məxsus olduğunu” vurğulayıb.

 

"Reuters" agentliyi Putinin şərtləri ilə bağlı bir sıra detallar açıqlayıb. Həmin məlumata əsasən, Putinin tələblərini təqdim edirik:

 

1. Ərazi mübadiləsi

Ukrayna Donetsk və Luqansk vilayətlərindən tamamilə geri çəkilməlidir.

Əvəzində Rusiya Sumı və Xarkov vilayətlərində işğalda saxladığı kiçik əraziləri geri qaytarmağa hazırdır.

 

2. Krımın tanınması

Rusiya Krım üzərində suverenliyinin rəsmi şəkildə tanınmasını tələb edir. Bu tələbin ABŞ-yə, Qərbə və ya birbaşa Ukraynaya irəli sürüldüyü məlum deyil.

 

3. Cənub cəbhəsində status-kvo

Rusiya Xerson və Zaporojye bölgələrində mövcud cəbhə xəttinin dondurulmasını istəyir və buna hazırdır. Yəni Rusiya mövcud nəzarətini qorumaq niyyətindədir.

 

4. NATO-ya qadağa

Ukraynanın NATO-ya üzvlüyündən tamamilə imtina etməsi şərt kimi irəli sürülür. Əvəzində “NATO-dan kənar” müəyyən təhlükəsizlik zəmanətləri verilə bilər.

 

5. Rus dilinə status verilməsi 

Rus dilinə Ukraynanın bəzi hissələrində və ya bütün ölkədə rəsmi status verilməsi tələb olunur. 

 

6. Rus Pravoslav Kilsəsinin fəaliyyəti

Moskvay Rus Pravoslav Kilsəsinə Ukraynada sərbəst fəaliyyət imkanı yaradılması tələb olunur. Kiyev bu qurumu Kremlə casusluqda ittiham edir.

 

7. Sanksiyaların yumşaldılmas

Rusiya Qərbin tətbiq etdiyi sanksiyaların ən azı bir hissəsinin ləğvini istəyir.

 

8. Atəşkəsin yalnız yekun razılaşmadan sonra elan edilməsi

Putin yalnız bütün paket üzrə razılıq əldə olunacağı halda atəşkəsə hazır olduğunu bildirib.

 

Elnur Əmirov 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur