08.06.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Müsəlmanları təhqir etmiş erməni bloger həbs edildi

07 iyn 2025 01:00
DÜNYA
ads

Rusiya məhkəməsi erməni bloger və sahibkar Areq Şepixini nifrət və ya ədavət salmaq ittihamı ilə iki ay müddətinə həbs edib.

Qutb.az xəbər verir ki, bu barədə Moskva məhkəmələrinin Mətbuat Xidməti məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, ibtidai istintaq orqanlarının Şepixin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edilib.

Bir gün əvvəl Rusiya İstintaq Komitəsi bəyan etmişdi ki, Şepixin altı ilə qədər azadlıqdan məhrum edilə bilər. Onun barəsində ekstremizm və milli, dini, irqi nifrətin qızışdırılması maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, erməni bloqer sosial şəbəkələrdə Dağıstan, Çeçenistan sakinlərini və ümumilikdə müsəlmanları təhqir edən paylaşımlar edib, Rusiya hökumətinin müsəlmanlara və yəhudilərə qarşı nasist ideologiyası ilə "proqramlaşdırılması" çağırışları ilə çıxış edib. Bundan sonra bir qrup şəxs onu zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur