Oxu.azOxu.az
Live
İlham Əliyev
Qurban Qurbanov
UEFA Avropa Liqası
Dövlət büdcəsi - 2026
UEFA Konfrans Liqası
Ramiz Mehdiyev
Zəngəzur dəhlizi
Hava proqnozu
Qəzza zolağı
Neokolonializmlə mübarizə
AZ
Ermənipərəst Nensi Pelosi 40 illik karyerasını başa vurur
Dünya
Bu gün / 20:36
0
Ermənipərəst Nensi Pelosi 40 illik karyerasını başa vurur
A-
A+
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, ermənipərəst konqresmen Nensi Pelosi 2026-cı ilin noyabrında Konqresə seçkidə namizədliyini irəli sürməyəcəyini elan edib.
Qutb.az bu barədə CNN telekanalına istinadən xəbər verir.
"Mən namizədliyimi yenidən irəli sürməyəcəyəm", - deyə o vurğulayıb.
85 yaşlı Pelosi seçicilərinə ünvanladığı və onun siyasi bioqrafiyasından kadrlarla müşayiət olunan videoçarxda 40 illik karyerasını başa vurduğunu bildirib.
Qeyd edək ki, o, 1987-ci ildən Nümayəndələr Palatasının Kaloforniyadan olan deputatıdır.