20.11.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

ABŞ Ukraynanın təslim olmasını tələb edir – ŞOK PLAN

19 noy 2025 23:00
DÜNYA
ads

ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin dayandırılmasına dair hazırlanan sənədin detalları üzə çıxıb və beynəlxalq mediada ciddi rezonans yaradıb.

Qutb.az xəbər verir ki, bu barədə Qərb mətbuatı yazır. Məlumata görə, sənəd Ukraynanın maraqları ilə tam ziddiyyət təşkil edən tələblərdən ibarətdir.

"Financial Times" yazır ki, planın əsas bəndlərindən biri rus dilinin Ukraynada rəsmi dövlət dili kimi tanınmasıdır. Sənəddə, həmçinin Rus Pravoslav Kilsəsinə rəsmi status verilməsi nəzərdə tutulur. Mənbələr bunu Kreml üçün maksimalist siyasi üstünlüklər hesab edir

Sənədə görə , Ukrayna ordusunun sayı yarıya endirilməli bəzi əsas silah kateqoriyalarından imtina edilməli və ABŞ-ın hərbi yardımı dayandırılmalıdır.

Qərb mətbuatı bildirir ki, sənədin bir hissəsində Krım və Donbasın Rusiyanın ərazisi kimi tanınması ehtimalı yer alır. Əvəzində Moskvanın Xerson və Zaporojye vilayətlərinin bir hissəsini geri qaytara biləcəyi qeyd olunur

ABŞ rəsmiləri Zelenskiyə qapalı şəkildə bu şərtləri nəzərdən keçirməyi tövsiyə edib. Planın ilkin detalları sabah Ukrayna liderinə ABŞ Ordusunun rəhbərliyinin Kiyevə səfəri zamanı təqdim olunacaq. Daha sonra amerikalı nümayəndə heyətinin Moskvaya yollanacağı gözlənilir

Ekspertlər sənədi Ukraynanın faktiki kapitulyasiyası kimi dəyərləndirir. Qeyd edilir ki, ordunun yarıya endirilməsi və Donbasdan imtina Kiyevin təhlükəsizlik sistemini tam çökməyə məcbur edəcək

Kiyev isə artıq ilkin mövqeyini çatdırıb, sənəddəki maddələrin böyük hissəsi Ukrayna üçün qəbuledilməzdir. ABŞ–Rusiya planının açıqlanması müharibənin gedişində yeni siyasi gərginlik yaradıb və yaxın günlərdə daha kəskin reaksiyaların verilməsi gözlənilir

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur