16.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Neft Fondundan büdcəyə transfert 1.7 milyard azalacaq - SƏBƏB

16 sen 2025 12:00
İQTİSADİYYAT
ads
Advertisement

Maliyyə Nazirliyi “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” yayıb.

Qutb.az-ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, açıqlamada ən diqqətçəkən məsələ Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğinin 2025-ci ilə müqayisədə 11,95% və ya 1 milyard 731 milyon manat azalmasıdır.

"Belə ki, bu il büdcəyə 14 milyard 481 milyon manat proqnozlaşdırılsa da, gələn il 12 milyard 750 milyon manat nəzərdə tutulur. Əgər azalma dinamikası belə (bərabərsürətli) davam edərsə, 2033-cü ilin ortalarında transfert sıfıra çatacaq. Təbii ki, bunun ehtimalı yüksək deyil. Bəlkə gələn il neft qiymətləri elə qalxacaq ki, 2027-ci ildə daha çox transfert edərək müxtəlif dövlət investisiya layihələri icra olunacaq", - o qeyd edib.

Ekspertin sözlərinə görə, budəfəki transfert həcminin azaldılmasının əsas səbəbi neftin ehtimal edilən qiymət enişidir:

"Neft qiymətinin qalxması da bu həcmi yenidən qaldıra bilər. Və bu ehtimal yüksəkdir".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur