10.09.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Nəticəyə görə hər kəsdən üzr istəyirəm...

10 sen 2025 02:00
İDMAN
ads

“Azərbaycanla qarşılaşmada yaxşı çıxış edə bilmədik”.

 

Qutb.az xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.

 

Mütəxəssis Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

Ətraflı

 

“Dünən də bildirmişdim ki, heç bir rəqib zəif deyil. Söyləmək istəyirəm ki, meydanın durumu da ürəkaçan deyildi. Yaxşı çıxış edə bilmədiyimizə görə xal itirdik. Azərbaycan yığması əks hücumlara bel bağlayırdı”.

 

O, nəticədən razı qalmadığını bildirib:

 

“Nəticəyə görə hər kəsdən üzr istəyirəm. Oyun ürəyimizcə olmadı. Əgər bu gün 1:0 hesabı ilə qalib gəlsəydik belə, oyun üslubu ürəyimizcə olmayacaqdı”.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan – Ukrayna oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur