NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Alyans ölkələri silah istehsalını sürətlə artırmalıdır.
Publika.az xarici mediaya istinadla xəbər verir ki, o, Münxen Təhlükəsizlik Konfransında bu barədə danışarkən deyib: “Bizdən bu yanaşmada təcili şəkildə daha böyük səylər göstərmək tələb olunur”.
Stoltenberq xatırladıb ki, NATO ölkələri son illər müdafiəyə daha çox vəsait sərf etməyə başlayıblar.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansının Avropa üzvləri bu baxımdan daha böyük səylər göstərməlidir.