03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Son 50 ildə 154 milyon insanın həyatı belə xilas edilib

25 apr 2024 14:00
SƏHİYYƏ
ads
Advertisement

“Peyvəndləmə sayəsində çiçək xəstəliyi artıq yoxdur. Bir vaxtlar geniş yayılmış qızılca və pnevmoniya kimi bir çox xəstəliklərin qarşısını indi asanlıqla ala bilirik”.

Publik.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) baş direktoru Tedros Adhanom Qebreyesus ÜST-ün həftəlik mətbuat konfransında deyib.

O əlavə edib ki, dünyada uşaqların yüzdə 84-ü difteriya, tetanoz və göy öskürəyə qarşı üç doza peyvənd edilir:

“50 il ərzində ÜST və tərəfdaşlarının dəstəyi ilə peyvənd proqramları yaradılıb. Milyonlarla uşaq, yeniyetmə və böyüklərin müxtəlif peyvəndlər əldə etməsinə köməklik göstərilib. Araşdırmalara görə, peyvəndin 1974-cü ildən bəri ən azı 154 milyon insanın həyatını xilas etdiyi təxmin edilir. Bu, peyvəndlər gündə 8 min insanı xilas edir. Peyvənd sayəsində bu gün doğulan uşağın 5 yaşına çatma ehtimalı 50 il əvvəl doğulan uşaqdan 40 faiz yüksəkdir”.

Baş direktor həmçinin dünya liderlərini peyvəndlər və həyat qurtaran məhsullarla təmin edən peyvənd proqramlarını dəstəkləməyə və maliyyələşdirməyə çağırıb.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur