28.04.24 | Bakı 27.03° C |
15:04:36
Lent :

Mütəxəssis COVID-19 olanlara xəbərdarlıq etdi

17:00 20.03.2024
SƏHİYYƏ
ads

Kardiologiya Mütəxəssisi Zeydin Acar bildirib ki, COVID-19 pandemiyasından sonra ölən xəstələrin təxminən üçdə biri virusun yaratdığı ürək tutması və ya ürək-damar xəstəlikləri səbəbindən dünyasını dəyişib.

Publika.az xəbər verir ki, COVID-19 epidemik təsirini itirsə də, digər təsirləri hələ də davam edir. Bildirilir ki, bu gün infarkt nəticəsində ölənlərin çoxu koronavirusa yoluxmuş insanlardır.

Zeydin Acar COVID-19-un əhəmiyyətli bir infeksiya və sağlamlıq problemi olduğunu diqqətə çatdırıb:

“Ürək infarktı və buna bənzər riskləri olan xəstələrin xəstəliyin ilkin mərhələlərində əlamətləri başlayan kimi xəstəxanaya müraciət etmələdirlər. Xüsusilə COVID dövründə gördük ki, bunun nəticəsində daha ciddi fəsadlar yaşanır. Virus bəzi ürək xəstəliklərinə səbəb olub. Xüsusilə ürək əzələsi tutulması olan xəstələr bunun peyvəndin nəticəsi olduğunu düşünürlər. Ancaq bu, əsas səhvlərdən biridir. Bugünkü elmi araşdırmalara görə, ağır koronavirus keçirənlər və miokardit dediyimiz ürək əzələsi tutulması olanlar müalicələrini pozmamalı və həkimləri ilə birlikdə hərəkət etməlidirlər. COVID-19 olan və nəfəs darlığı, ürək döyüntüsü olan insanlar bu şikayətlərdən sonra mütləq kardioloqa müraciət etməlidirlər”.

Aysel Şahmar


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az