10.05.24 | Bakı 23.03° C |
17:05:36
Lent :

Ən ölümcül xərçəng növü cilovlanır: Unikal peyvənd hazırlandı

18:00 27.04.2024
SƏHİYYƏ
ads

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyanın ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir.

Publika.az xəbər verir ki, hər il dünyada ən az 132 min insana təsir edən və dəri xərçənginin ən ölümcül növü sayılan melanoma ilə artıq cərrahi yolla mübarizə aparmaq mümkündür. Cərrahiyyə ilə yanaşı bəzən radioterapiya, dərmanlar və kemoterapiya da istifadə edilə bilər.

London Universitet Kolleci Xəstəxanalarında aparılan sınaqlarda həkimlər immun sisteminin xərçəng hüceyrələrini öldürməsinə kömək edən peyvəndi araşdırıblar. “Moderna”, “Merck Sharp” və “Dohme” şirkətlərinin istehsal etdiyi müalicə metodunun klinik sınaqlarda müvəffəqiyyətli olması halında ümumi istifadəyə veriləcəyi qiymətləndirilir.

Araşdırma qrupundan Dr. Heather Shav peyvəndin dəri xərçəngi xəstələrini müalicə etmək potensialına malik olduğunu, lakin ağciyər, sidik kisəsi və böyrək şişləri kimi digər xərçəng növlərində də sınaqdan keçirildiyini açıqlayıb. Shav peyvəndin fərdi şəkildə təklif edildiyini, yəni strukturunun hər bir xəstəyə uyğun olaraq dəyişdirildiyini vurğulayıb. Sınaqlarda hər bir xəstə üçün xüsusi olaraq istehsal edilən yeni vaksinlər sınaqdan keçirilir. Testlərin ikinci mərhələsində peyvəndlərin melanoma xəstələrində xərçəngin təkrarlanma riskini əhəmiyyətli dərəcədə azaltdığı aşkarlanıb. İndi üçüncü və sonuncu mərhələ sınaqlarına start verilib.

Aysel


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    23.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az