12.05.24 | Bakı 20.03° C |
17:05:28
Lent :

Sabahın havası: 30 dərəcə isti olacaq

13:00 28.04.2024
GÜNDƏM
ads

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 30-40% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    20.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az