26.04.24 | Bakı 23.03° C |
13:04:35
Lent :

Dünyada koronavirusa yoluxanların sayı 617 milyon nəfəri ötüb

09:04 19.09.2022
SƏHİYYƏ
ads

Dünyada koronavirusa yoluxanların sayı 617 142 025 nəfərə çatıb.

Bu barədə Qutb.az ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikasına istinadən xəbər verir.

Koronavirus pandemiyası ərzində dünyada 6 530 643 nəfər COVID-19-dan ölüb. Bununla yanaşı, virusa yoluxmuş 596 641 729 insan sağalıb.

COVID-19-a ən çox yoluxma ABŞ-da (97 497 691), Hindistanda (44 536 468), Fransada (34 916 384), həmçinin Braziliyada, Almaniyada, Cənubi Koreyada, Böyük Britaniyada, İtaliyada qeydə alınıb.

Dünyada koronavirusdan ən çox ölüm ABŞ-da (1 078 663, son sutkada daha 7 ölüm), Braziliyada (685 410), Hindistanda (528 337), Rusiyada (386 045), Meksikada, Böyük Britaniyada aşkarlanıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.



TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    23.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az