21.11.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - NAZİR

21 noy 2025 00:00
GÜNDƏM
ads

Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir. 

Qutb.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib. 

Nazir bildirib ki, “müəllim otağı” anlayışı əksər hallarda formal xarakter daşıyır. 

“Qış aylarında məktəbə erkən gələn müəllimlər üst geyimlərini harasa qoymaqda çətinlik çəkir. Ən yaxşı halda yalnız öz sinfi olan müəllimlər var, lakin onların əksəriyyətinin dərs saatları çoxdur. Həftədə 10–12–14 saat işləyən bir müəllimin öz iş otağı demək olar ki, yoxdur”.

E.Əmrullayevin fikrincə, işçinin, yəni müəllimin əsas ehtiyaclarından biri ona aid olan iş otağı və iş masasının mövcudluğudur. 

“Bu, müəllimlərin dərsə hazırlıq, şagird işlərini yoxlama və valideynlə görüşlər üçün vacibdir. Bu baxımdan, müəllimlərin rifahını və motivasiyasını artırmaq üçün yalnız əməkhaqqının yüksəldilməsi kifayət etmir. Əsas diqqət, habelə, onların iş şəraitinin yaxşılaşdırılması və işə aid məkanın, yerinin təmin edilməsinə də yönəlməlidir”,-deyə nazir əlavə edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur