Qazaxda 12,7 kilometrlik sərhəd xətti müəyyən edildi
Tam ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan 2 dəfə çox olarsa və 20 min müəllim bu əməkhaqqını alarsa, təhsildə köklü islahatların başlanğıcı qoyulacaq.
Qutb.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” verilişində söyləyib.
Nazirin sözlərinə görə, tam ştatlı müəllim həftəlik 30-36 saat işləyəcək, onun 18-24 saatında tədrislə məşğul olacaq: “Təbii ki, bu, bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Çünki biz kiçik məktəbləri bu sistemə keçirə bilməyəcəyik, söhbət böyük məktəblərdən gedir”.
Emin Əmrullayev bildirib ki, bu proses üçün infrastruktur imkanları da mövcuddur, yeni infrastruktur da yaradılacaq: “Müəllim öz iş yeri ilə qürur duymalıdır, həvəslə iş yerinə gəlməlidir. Müəllim dərsdən əlavə olaraq, başqa müəllimin dərsini dinləyib tövsiyələr verə bilər. Şagirdlər üçün metodoloji tövsiyələr hazırlaya bilər”.