20.11.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Ağdamın azadlığının BEŞİNCİ İLİ

20 noy 2025 06:00
GÜNDƏM
ads
Advertisement

Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür.

Qutb.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

Qeyd edək ki, Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Ağdamın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.

Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. Şəhər “Qafqazın Xirosiması” adlandırılırdı, çünki düşmən tapdağı olduğu illərdə bura tamamilə dağıdılmışdı. 

2021-ci il mayın 28- də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. . 

Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif səfərləri zamanı açılışında iştirak etdiyi sənaye müəssisələri, Ağdam cümə məscidi, “İmarət” tarixi kompleksi, “Aghdam City Hotel” mehmanxanası, dörd bir tərəfdə sürətlə davam edən bərpa-quruculuq işləri ilə tarixi şəhəri yenidən "ağ gün"lərinə qovuşur.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur