20.11.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Robot Putin üçün rəqs etdi - VİDEO

20 noy 2025 06:00
DÜNYA
ads
Advertisement

Rusiya Prezidenti Vladimir Putin ölkədə generativ süni intellektin tətbiqi üzrə milli plan hazırlanması və qərargah yaradılması barədə tapşırıq verib.

Qutb.az xəbər verir ki, “AI Journey 2025” beynəlxalq konfransında çıxış edən Rusiya dövlət başçısı süni intellekt texnologiyalarının inkişafının inzibati əlaqələndirilmə və dəqiq idarəetmə tələb etdiyini bildirib. Onun sözlərinə görə, yaradılacaq qərargah süni intellekt sahəsində fəaliyyətin dövlət səviyyəsində əlaqələndirilməsini təmin edəcək.

Putin vurğulayıb ki, bəzi ölkələrdə süni intellektin həddindən artıq tənzimlənməsi innovasiyaların ləngiməsinə gətirib çıxarıb və Rusiya bu səhvləri təkrarlamamalıdır. O qeyd edib ki, dövlət idarəçiliyi və güc strukturları kimi bəzi sahələrdə Rusiya yalnız öz milli texnoloji həllərinə əsaslanmalıdır

Beynəlxalq əməkdaşlıqdan danışan Rusiya Prezident bəyan edib ki, ölkəsi süni intellekt sahəsində ikitərəfli formatda və həmçinin AAİŞ, BRİKS, ŞƏT kimi inteqrasiya birlikləri çərçivəsində tərəfdaş ölkələrlə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. O, tərəfdaş ölkələr arasında süni intellektin tətbiqi ilə bağlı qanunvericiliyin uyğunlaşdırılmasını və birgə tədqiqat layihələrinin həyata keçirilməsini təklif edib.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur