GÜNDƏM
Bakıda yol təmiri ilə bağlı 5 avtobus marşrutu dəyişdirildi – SİYAHI
Şəmsiyyə Cəfərquluzadə
Təsdiqləndi
Bakıda yol təmiri ilə əlaqədar olaraq bir sıra avtobus marşrutlarının marşrutu müvəqqəti olaraq dəyişdirilib.
Qütb.az -ın məlumatına görə , bu barədə "BakuBus" MMC məlumat yayıb.
Qeyd olunur ki, Koroğlu Parkı ərazisində aparılan təmir işləri ilə əlaqədar olaraq, 3, 17, 20, 33 və 88 nömrəli marşrut avtobusları Ənvər Qasımzadə küçəsindən sola, Mirəli Qaşqay küçəsinə dönür və bundan sonra mövcud marşrut sxemləri üzrə hərəkət etməyə davam edirlər.
Bundan əlavə, 20 nömrəli marşrutun keçdiyi Səməd Cəfərov küçəsində, Fatmei-Zəhra məscidinin qarşısında yol təmiri işləri də aparılır.
Bununla əlaqədar olaraq, bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti Surxay Nəcəfova küçəsi boyunca təşkil olunub.