Abşeron Rayon Mərkəzi Xəstəxanasında İlk Whipple Əməliyyatı Uğurla İcra Olundu
Şəmsiyyə Cəfərquluzadə
Təsdiqləndi
Abşeron Rayon Mərkəzi Xəstəxanasındə Whipple əməliyyatının (pankreatoduodenal rezeksiya) icrasına başlanılıb.
Xəstəxananın ümumi cərrahiyyə komandası tərəfindən icra olunan Whipple əməliyyatı uğurla başa çatıb. 72 yaşlı pasiyent üzərində həyata keçirilən mürəkkəb cərrahi müdaxilə təxminən 6 saat davam edib.
Əməliyyat zamanı pasiyentin onikibarmaq bağırsağı, mədəaltı vəzin baş hissəsi, ümumi öd axarının distal hissəsi və öd kisəsi xaric edilib. Daha sonra həzm sisteminin davamlılığının təmin olunması məqsədilə mədəaltı vəzin qalan hissəsi ilə bağırsaq, ümumi öd yolu ilə bağırsaq, həmçinin mədə ilə bağırsaq arasında cərrahi anastomozlar yaradılıb.
Əməliyyat xəstəxananın ümumi cərrahı, uzman həkim İlkin Həşimov tərəfindən icra olunub.
Pasiyent əməliyyatdan sonra 10 gün ərzində stasionar şəraitdə müalicə alıb. Vəziyyəti qənaətbəxş qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, ümumi cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan Whipple əməliyyatı əsasən mədəaltı vəzin baş hissəsində yerləşən şişlərin, onikibarmaq bağırsağın, öd yollarının və bəzi hallarda mədənin bir hissəsinin çıxarılması məqsədilə icra olunan mürəkkəb cərrahi prosedurdur.
Məlumat üçün bildirək ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasındə Whipple əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.