26.04.24 | Bakı 23.03° C |
20:04:00
Lent :

Londonda möhtəşəm Azərbaycan cazı ifa edilib

19:08 10.11.2022
MƏDƏNİYYƏT
ads

Londonda Dövlət Bayrağı Günündə möhtəşəm Azərbaycan cazı səsləndirilib.

Dövlət Bayrağı Günündə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə “Lansdowne” klubunda məşhur caz ifaçısı İsfar Sarabski ilə görüş təşkil olunub.

Tədbiri giriş sözü ilə açan səfir Elin Süleymanov bu günlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının Qələbəsinin və 30 ilə yaxın davam edən işğala son qoyulmasının qeyd olunduğunu söyləyib. Bununla da bütün region üçün tarixin yeni səhifəsi açılıb, dayanıqlı sülhə imkan yaradılıb.

Noyabrın 9-da Dövlət Bayrağı Günü bayramının qeyd olunduğunu bildirən səfir üçrəngli bayrağımızın artıq işğaldan azad olunmuş torpaqlarda qürurla dalğalandığını deyib. O vurğulayıb: “Bu bayraq Sovet İttifaqı dövründə davam edən təzyiqlərə baxmayaraq, 1990-cı illərin əvvələrindən yenidən Dövlət Bayrağı kimi Azərbaycan xalqının ürəyində ucalıb və sözün əsl mənasında hər bir vətəndaşımızın ürəyində daim dalğalanır”.

Daha sonra əməkdar artist, caz ifaçısı İsfar Sarabskinin ifasında Azərbaycan və dünya klassiklərinin əsərlərindən müxtəlif kompozisiyalar səsləndirilib. Azərbaycanlı skripka ifaçısı Sabina Rakçiyeva ilə İsfar Sarabskinin milli musiqimizin nadir incilərindən “Sarı gəlin” xalq mahnısını ustalıqla sintez etmələri həm soydaşlarımızda, həm də əcnəbi qonaqlarda dərin təəssürat yaradıb.

Konsert proqram üzrə başa çatdıqdan sonra tamaşaçıların davamlı alqışı və istəyi ilə İsfar Sarabski yenidən səhnəyə qayıdıb.

Azərtac

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    23.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az