29.04.24 | Bakı 15.03° C |
05:04:40
Lent :

Paytaxtda ticarət dövriyyəsi 4 %-dən çox artıb

13:01 26.06.2023
İQTİSADİYYAT
ads

Bu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 12 milyard 010,3 milyon manat olub.


Bu barədə Qutb.az Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.


Bildirilir ki, bu, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,2 % çoxdur.


Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 % artaraq 6 milyard 566,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,2 % azalaraq 5 milyard 443,9 milyon manata bərabər olub.


İstehlak məhsullarının 37 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 40,4 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,6 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.


Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,8 milyard manatlıq, o cümlədən 12 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 4,1 % artıb.



TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az