15.05.24 | Bakı 13.03° C |
02:05:44
Lent :

Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI

03:00 29.04.2024
GÜNDƏM
ads

Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya üzrə keçmiş dövlət naziri Aleksey Petriaşvili Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada polis tərəfindən inzibati qaydada saxlanılıb.

Publika.az xəbər verir ki, TASS bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilib ki, Petriaşvilinin polisə tabe olmamağa və xırda xuliqanlığa görə inzibati qaydada həbs edildiyi bildirilir.

Bundan əvvəl gürcü polisinin Tbilisinin mərkəzində etirazçılara qarşı bibər qazından istifadə etdiyi məlum olub.

Bundan az əvvəl dəbilqə, qaz maskası və qalxan taxan xüsusi təyinatlılar parlamentin qarşısına çıxıblar. Xüsusi texnika, o cümlədən su vuran avtomobillər əraziyə yeridilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi vasitələrdən istifadə edildiyini təsdiqləyib və etirazçıları ictimai asayişi pozmamağa və polisin qanuni tələblərinə tabe olmağa çağırıb.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az