23 yaşlı yarımmüdafiəçi Kefren Tyuram-Yulien “Yuventus”a keçib.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu Fransa Liqa 1-də “Nitsa”da çıxış edib.
Turin klubu komandanın əfsanəsinin oğlu ilə 5 illik müqavilə imzalayıb.
Tyuram 2019-cu ildən “Nitsa”da çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi fransalıların heyətində bütün turnirlərdə 29 oyun keçirib, 1 qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.
Futbolçunun atası Lilian Tyuram 2001-2006-cı illərdə “Yuventus”da çıxış edib və klubda 144 oyuna çıxıb. Futbolçunun qardaşı Markus klubun rəqibi “İnter”də çıxış edir. Ötən mövsüm o, komandanın tərkibində 46 oyuna çıxıb, 15 qol vurub, 14 məhsuldar ötürmə edib.