09.04.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Ulduz futbolçu "Barselona"nın təklifini rədd etdi

27 may 2024 11:00
İDMAN
ads

"Bayern"in yarımmüdafiəçisi Coşua Kimmix "Barselona"nın təklifini rədd edib.

Publika.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Tərəflər danışıqlar masasına əyləşsələr də, müzakirələr uğurlu olmayıb.

Mənbənin sözlərinə görə, anlaşılmazlıq müzakirələrin maliyyə tərəfi olub. Kimmix "Bayern"də təxminən illik 19,5 milyon avro maaş alır. Lakin kataloniyalılar ona bu qədər pul ödəyə bilmir.

Sabiq baş məşqçi Xavi almaniyalını "Barselona"da görmək istəyirdi. Gələcək çalışdırıcı Hans-Diter Flik də həmyerlisinin xidmətində maraqlıdır.

Qeyd edək ki, ötən mövsüm Coşua Kimmix 28 matçda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur