“Fənərbağça” ilə “Qalatasaray” arasında keçiriləcək Türkiyə Superkubokunun vaxtı açıqlanıb.
Publika.az xəbər verir ki, görüş aprelin 7-də, Şanlıurfa stadionunda baş tutacaq. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Superkubok daha əvvəl dekabrın 30-da Səudiyyə Ərəbistanında keçirilməli idi.
                
                        
                                                    
                                
                        
                        
                        
                        
                    
                    
                    