Uels Futbol Assosiasiyası Rob Peyci yığmanın baş məşqçisi vəzifəsindən azad edib.
Publika.az xəbər veirr ki, 49 yaşlı Peyc 2020-ci ilin noyabr ayından milli komandaya rəhbərlik edirdi. O, 64 ildən sonra Uels yığmasını ilk dəfə Dünya Kubokunun final mərhələsinə çıxarmışdı. Bundan əlavə, Avro 2020-də onun rəhbərlik etdiyi komanda 1/8 finala yüksəlmişdi.
Uels millisi 2024-cü il Avropa çempionatına vəsiqə qazana bilməyib, iyunda isə Cəbəllütariq (0:0) və Slovakiya (0:4) ilə iki uğursuz yoldaşlıq görüşü keçirib.
Nəticədə üç il yarımlıq fəaliyyətdən sonra sonra Rob Peyc vəzifəsindən qovulub.
Heybət