“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, “şəhərlilər”in gələcəkdə əzəli rəqibləri olan “Mançester Yunayted”dən futbolçular ala biləcəyini deyib:
"Niyə də yox? Əgər biz “Mançester Yunayted”in satmağa hazır olduğu futbolçu ilə maraqlanırıqsa, niyə bunu edə bilmərik?"
Xatırladaq ki, bir neçə gün əvvəl “qırmızı şeytanlar”ın icraçı direktoru postuna “Mançester Siti”nin futbol əməliyyatları üzrə sabiq direktoru Ömər Berrada gətirilib.
"Yunayted"dən "Siti"yə keçən ən son oyunçu Karlos Tevesdir. Argentinalı hücumçunun keçidi 2009-cu ildə reallaşıb.
Heybət