San Marino milli futbol komandasının rəsmi səhifəsi “Mançester Siti” ilə zarafat edib.
QÜTB.AZ xəbər verir ki, tarixində ilk dəfə rəsmi matçda üç qol vuran yığmanın sosial media hesablı İngilərə nəhənginə müraciət edib.
“Salam. Zəhmət olmasa bizə qarşı oynayın. Sizi məğlub edə biləcəyimizi düşünürük”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, “Mançester Siti”si böhrandan çıxa bilmir. Xosep Qvardiolanın komandası ardıcıl 5-ci dəfə məğlub olub. İngiltərə Premyer Liqasında “Mançester Siti” 23 xalla ikinci pillədə qərarlaşıb. Lider “Liverpul”la 8 xallıq fərq var.
San Marino millisi isə UEFA Millətlər Liqasının D divionunda uğurlu çıxış edərək C Liqasına vəsiqə qazanıb.
Defeat at the Etihad.
— Manchester City (ManCity) November 23, 2024
0-4 #ManCity | okx pic.twitter.com/pSgs8j5pUP