Türkiyə Premyer Liqasının iyirmi səkkizinci turunda növbəti oyun baş tutub.
Publika.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Qalatasaray”la qarşılaşıb.
Oyun qonaq komandanın 1:0 qələbəsi ilə başa çatıb. Oyunun 2-ci dəqiqəsində "Beşiktaş"ın yarımmüdafiəçisi Mutassim Əl-Nusratı oz qapısına qol vurub.
Bu nəticədən sonra “Qalatasaray” 75 xalla birinci pillədə qərarlaşıb. “Beşiktaşı”ın isə 46 xalı var.